Sentyabrın 9-da paytaxtın Neftçilər prospektində qaydalar çərçivəsində hərəkət edən sürücü, Nəsimi rayon DYP bölməsinə məxsus 99-YP-270 qeydiyyat nişanlı YPX avtomobilinin ekipajları tərəfindən saxlanılıb.
 
Sürücü hansı qaydanı pozduğunu yol polisindən soruşarkən, YPX əməkdaşı sürücüyə İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsinin tələbini pozduğunu və buna aid sübutların olduğunu bildirib.
 
Sürücü isə polislə razılaşmayaraq protokol tərtib edilməsini tələb edib və avtomobildə qeydə alan kameranın görüntüləri əsasında DİN-in rəhbərliyinə şikayət edəcəyini bildirib. Polis əməkdaşı sürücünü aldada bilmədiyini görərək guya başqa maşını dayandırmaq əvəzinə səhvən onun maşınını dayandırdığını bildirib.
 
Polisin sözləri həqiqətə uyğun deyil. Çünki hamı bilir ki, Neftçilər prospektində ötmə qaydasını pozan və ya hərəkət sürətini aşan sürücüləri Nəsimi rayon YPX əməkdaşları yalandan avtoxuliqan adı ilə heç bir protokol tərtib etmədən mühafizə olunan duracağa aparırlar.
 
Görüntüləri qeydə alan sürücü polisin yalan danışmasına baxmayaraq yenə də insanlıq nümayiş etdirərək onu avtomobilə mindirib və lazım olan yerdə düşürüb. Sürücü onu da qeyd edib ki, polis əməkdaşı sərnişin kimi avtomobilə əyləşərkən təhlükəsizlik kəmərindən istifadə etməyib.
 
RePost.Az


Baxış sayı: 2535 | Tarix: 26.09.2018
Bizi Telegramda izləyin: @repostaz