Bakı və Abşeron yarımadasında dekabrın 2-də bəzi yerlərdə arabir yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir. Arabir zəif duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən RePost.Az-a verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə  3-5° isti, gündüz  8-12° isti, Bakıda gecə  3-5° isti, gündüz  9-11° isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi 761 mm civə sütünundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət  80-90% təşkil edəcək.

 

Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 2-dən 4-dək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən gilavar və xəzri küləklərinin bir-birini əvəz etməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

 

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir.

 

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-6° isti  olacağı gözlənilir.

 

RePost.Az


Baxış sayı: 2934 | Tarix: 01.12.2016
Bizi Telegramda izləyin: @repostaz