Qırğızıstanın paytaxtı Bişkek yaxınlığında Türkiyənin “Türk Hava Yolları” (“Turkish Airlines”) aviaşirkətinə məxsus “Boeing 747” tipli karqo təyyarəsi qəzaya uğrayıb.

 

RePost.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ilkin olaraq “Manas” hava limanının mətbuat xidmətindən məlumat verilib.

 

İlkin məlumata əsasən, Honkonq-Bişkek marşrutu ilə uçan təyyarə Bişkek yaxınlığındakı qəsəbənin ərazisinə düşüb. Hadisə yerində yanğın başlayıb. Qəzaya qeyri-sabit hava şəraitinin səbəb olduğu ehtimal edilir.

 

Son məlumatlara görə, hadisə nəticəsində 4-ü ekipaj üzvü olmaqla 37 nəfər ölüb, Ölənlərin 6-nın uşaq olduğu bildirilir. 

 

Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır. 

 

 

 

 

 

 

 

 

 

 


Baxış sayı: 2991 | Tarix: 16.01.2017
Bizi Telegramda izləyin: @repostaz