Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində insan alverində təqsirləndirilən Sevinc İxayeva həbs edilib.
 
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Sevincin həbs edilməsi üçün şikayəti idarəyə yaşlı anası edib.
 
O bildirib ki, qızı tərəfindən İranda fahişəliyə cəlb edilib.
 
Məlum olub ki, Sevinc hədə-qorxu gəlməklə anasını bu yola çəkib. Onun başqa insan alveri törətməsi cinayətləri də üzə çıxıb.
 
İstintaq orqanı tərəfindən Sevinc İxayevanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törətmək), 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.2-ci (təkrar insan alveri törətmək) və 144-3.4-cü (insan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə) maddələri ilə ittiham elan edilib.
 
BAKU.WS

Baxış sayı: 2231 | Tarix: 26.01.2019
Bizi Telegramda izləyin: @repostaz