İmadəddin Nəsiminin bizə gəlib çatan təsviri. Bu təsvir 1700-cü illərə aiddir, Mərkəzi Asiyada tapılıb. Təsviri 2009-cu ildə elmə təqdim edən şəxs – ilk alman nəsimişünası, türkologiya professoru Maykl Reinxard Hessdir.

Bu sözləri yazıçı, filosof Ağalar Qut sosial şəbəkədə qeyd edib.

O, Nəsiminin nadir təsvirinin fotosunu paylaşaraq, onun edamı haqda maraqlı fikirlər yazıb:

"Şəkildə Nəsiminin edam edildiyi görülür. Hess yazır ki, dərisini soyaraq edam etmək hətta orta əsrlər ənənələrinə görə də qeyri-adi edam növü idi, görünür, belə dəhşətli ölümlə xalqın hürufiliyə get-gedə artan meyilinin qabağını almaq istəyiblər. Hessə görə, əgər təsvir həqiqəti əks etdirirsə, onda ola bilsin, Nəsimini diri-diri yox, Nəsimidən təxminən min il qabaq yaşayan, manixeizmin qurucusu Mani kimi, edam etdikdən sonra dərisini soyublar. Yeri gəlmişkən, akademik Ziya Bünyadov Nəsiminin ancaq üzünün dərisinin soyulduğunu yazır”. (Kult.az)

 

RePost.Az


Baxış sayı: 3257 | Tarix: 29.01.2019
Bizi Telegramda izləyin: @repostaz