Bakı-Sumqayıt yolunda qoçuluq edən taksi sürücüsü yolu kəsərək digər sürücünü söyüb. Bu barədə sürücü qeydə aldığı videonu redaksiyamıza göndərib.
 
Avtosfer.az xəbər verir ki, fevralın 14-də Bakı-Sumqayıt yolunun üzü şəhər istiqaməti olan hissəsində (Beynəlxalq Avtovağzalın yanında) sağ zolaqla hərəkət edən 99-AU-712 qeydiyyat nişanlı "Azsamand" markalı avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozaraq sol zolaqda hərəkət edən sürücünün qarşısına keçib. Sürücü qəzanın qarşısını almaq məqsədi ilə səs siqnalından istifadə edib. "Azsamand"-ın sürücüsü bundan əsəbiləşərək digər sürücünün qarşısını kəsərək yolda hərəkəti məhdudlaşdırıb. Sonra avtomobildən düşüb qərəzli hərəkətlər edərək səs siqnalından istifadə edən sürücünün şərəf və ləyaqətini alçaldan ifadələr işlədib. 
 
Videodan aydın şəkildə görünür ki, sürücünün əməlində konkret olaraq xuliqanlıq əlaməti var. 
 
O avtomobili saxlayaraq arxadan gələn bütün sürücülərin hərəkətini məhdudlaşdırıb və əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq qərəzli hərəkətlər edib.
 
RePost.Az
 


Baxış sayı: 2858 | Tarix: 15.02.2019
Bizi Telegramda izləyin: @repostaz