Dünyada məşhur fotoqrafçı, BBC-nin əməkdaşı Oleksandr Rupeta Azərbaycanın Quba rayonunun Xınalıq kəndindən xüsusi reportaj hazırlayıb.

RePost.Az xəbər verir ki, BBC-nin reportajında Xınalıq sakinlərinin günədlik həyat tərzindən, onun adət-ənənələrindən, kəndin tarixindən bəhs edilir.

Reportajda marağa səbəb olan məqamlardan biri budur ki, Xınalıq sakinləri jurnalistlə müsahibədə Nuh peyğəmbərin nəticələri olduğunu iddia ediblər.

Ümumiyyətlə, bununla bağlı rəvayətlər də mövcuddur.

Qafqaz dağlarının ətəklərində yerləşən Xınalığın sakinləri yəhudi, tat və ləzgilərdən ibarət olduğunu vurğulayan BBC əməkdaşının diqqətini buranın sakinlərinin Azərbaycanca deyil, öz dillərində danışmaları çəkib.

Bu kənddə məktəbə gedən şagirdlərə Azərbaycan dili ilə yanaşı Xinalıq dilindən dərs keçilir.

İlyas Mustafa

RePost.Az


Baxış sayı: 1718 | Tarix: 01.12.2016
Bizi Telegramda izləyin: @repostaz