Bakı şəhərində kütləvi oğurluq hadisəsi baş verib.

RePost.Az xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib. Tağı Şahbazi küçəsində bir gecədə 18 maşının şüşəsini sındıran oğrular avtomobildəki qiymətli əşyaları götürərək hadisə yerindən qaçıblar.

Qarətçilər peşəkar olduğundan hadisədən heç kəs xəbər tutmayıb. Avtomobil sahibləri ancaq səhər tezdən maşınlarına yaxınlaşarkən hadisənin şahidi olublar.

Yasamal rayon 27-ci Polis Bölməsindən RePost.Az-a bildiriblib ki, faktla bağlı araşdırma aparılır. .

RePost.Az

 


Baxış sayı: 3086 | Tarix: 14.06.2019
Bizi Telegramda izləyin: @repostaz