Ağstafa rayonunda keçmiş məhkum üç nəfəri güllələyərək qətlə yetirib.
 
RePost.Az xəbər verir ki, hadisə rayonun Böyük Kəsik kəndi ərazisində qeydə alınıb.
 
Belə ki, həbsdən yenicə çıxmış şəxs bazarda atəş açaraq 8 nəfəri gülələləyib. Nəticədə 1964-cü il təvəllüdlü Lilpar Baba oğlu Əhmədov, 1999-cu il təvəllüdlü İbrahim Rasim oğlu Abdullayev, 1951-ci il təvəllüdlü Nüsrət Məhəmməd oğlu İsayev və 1961-ci il təvəllüdlü Rəsul Abbas oğlu Həsənovdur.
 
Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır. Yaralıların əksəriyyəti ayaqlarından güllə yarası alıblar.
 
Hadisəyə nəsillər arasında uzun illərdir mövcud olan qan davasının səbəb olduğu bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.
 
RePost.Az

Baxış sayı: 2288 | Tarix: 17.06.2019
Bizi Telegramda izləyin: @repostaz