Azərbaycanda məhkəmə hakimlərinin də maaşları artırılacaq. 
 
RePost.Az xəbər verir ki, Prezident İlham Əliyev tərəfindən Milli Məclisə "Məhkəmələr və hakimlər haqqında" qanuna əlavə və dəyişiklərlə bağlı qanun layihəsi təqdim olunub.
 
Layihədə hakimlərin maaşlarının 100 faiz qaldırılması nəzərdə tutulur. 
 
Təqdim olunan qanun layihəsi Milli Məclisin iyunun 28–də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. 
 
RePost.Az

Baxış sayı: 2288 | Tarix: 19.06.2019
Bizi Telegramda izləyin: @repostaz