Əlahiddə Ümumqoşun Orduda tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələləri keçirilib.
 
RePost.Az-ın məlumatına görə, məşğələlərdə zabitlərin döyüş hazırlığı üzrə nəzəri bilikləri və praktiki vərdişləri yoxlanılıb.
 
Əsas məqsəd zabitlərin əməliyyatı planlama vərdiş və səriştələrinin real tapşırıqlara uyğun təkmilləşdirilməsi, fərdi bacarıq və peşəkarlıq səviyyələrinin artırılması, yeni normativlər üzrə imtahanların qəbulu metodikasının işlənilməsi olub.
 
O cümlədən, Əlahiddə Ümumqoşun Orduda birinci eşelonda yerləşən artilleriya və minaatan bölmələri qəfil yoxlanılıb. Yoxlama zamanı “Həyəcan” siqnalı ilə qaldırılan bölmələr atəş mövqeyi rayonlarına və komanda müşahidə məntəqələrinə çıxarılaraq döyüş tətbiqinə hazırlanıb.
 
Atəş mövqeyi rayonlarından planlı və plandankənar hədəflərə döyüş atışları icra edilib. Sonra artilleriya və minaatan bölmələri ehtiyat atəş mövqeyi rayonlarına və komanda müşahidə məntəqələrinə yerdəyişmə edərək yeni aşkar olunmuş hədəfləri məhv ediblər.
 
Qəfil yoxlama zamanı əsas diqqət bölmələrin döyüş tapşırıqlarını yerinə yetirməsinə, şəxsi heyətin funksional vəzifələrinin icrasına və ixtisas hazırlığı üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.
 
RePost.Az


Baxış sayı: 2706 | Tarix: 14.08.2019
Bizi Telegramda izləyin: @repostaz