Daxili işlər orqanlarında növbəti kadr dəyişikliyi olub. 
 
RePost.Az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Xalid Əzimov Baş Dövlət Yol Polisi İdarəsinin Avtotexniki müfəttişlik şöbəsinin rəisi təyin edilib.
 
İdarənin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev saytımıza təyinatı təsdiqləyib.
 
RePost.Az

Baxış sayı: 2668 | Tarix: 06.09.2019
Bizi Telegramda izləyin: @repostaz