Milli Məclis Əli Əsədovun Azərbaycanın Baş Naziri təyin edilməsinə razılıq verib.
 
RePost.Az-ın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında “Ə.H.Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.
 
Sonra Milli Məclisin Sədri Oqtay Əsədov gündəlikdəki məsələ ilə bağlı Prezident İlham Əliyevin Milli Məclisə məktubunu oxuyub.
 
Daha sonra məsələ ilə bağlı müzakirələr aparılıb.
 
Müzakirələrdən sonra məsələ səsə qoyularaq qəbul edilib.
 
Milli Məclisin sədri Oqtay Əsədov sonda bir daha Ə.Əsədovu təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
 

Baxış sayı: 2858 | Tarix: 08.10.2019
Bizi Telegramda izləyin: @repostaz