Bakıda bəzi yollar bağlanıb. Bu barədə RePost.Az-a Dövlət Yol Polis İdarəsinin mətbuat ximətinin rəhbəri Vaqif Əsədov məlumat verib.
 
Onun sözlərinə görə, 25-26 oktyabr 2019-cu ildə Bakı şəhərində “Qoşulmama Hərəkatı”na üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşünün keçirilməsi ilə əlaqədar bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulmaqla istiqamətin dəyişdirilməsi nəzərdə tutulur.
 
Belə ki, 24 oktyabrda hava limanına gələn yüksək çinli qonaqların, tədbir iştirakçılarının qarşılanaraq mərkəzə doğru otellər istiqamətinə hərəkəti müəyyən edilib. Bu məqsədlə qonaqların yerləşdirilməsi və tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş “Heydər Əliyev Mərkəzi”, “Bakı Konqres Mərkəzi”, “Hyatt Regency” oteli və digər ərazilərə doğru hərəkətdə təhlükəsizlik tədbirləri həyata keçiriləcək.
 
Bir daha sürücülərin nəzərinə çatdırırq ki, keçirilən tədbirlə əlaqəli paytaxtın Azneft dairəsi, Niyazi küçəsi, Neftçilər prospekti, R.Rza, Bakıxanov, Y.Səfərov, K.Rəhimov, Ü.Hacıbəyov, Z.Əliyeva küçələri, İnşaatçılar, N.Nərimanov prospektləri, 10-cu zavod dairəsi, H.Əliyev prospekti, M.Hüseyn və T.Elçin küçələrinə bitişən və kəsişən digər küçələrdən sürücülər mümkün qədər avtomobillərdən istifadə etməsin.
 
İnanırıq ki, paytaxt sakinləri və sürücülər bu dəfə də yol polisi ilə öz həmrəyliyini nümayiş etdirəcək.

Baxış sayı: 2497 | Tarix: 24.10.2019
Bizi Telegramda izləyin: @repostaz