Azərbaycanda radikal dini qruplaşmanın üzvü olan ata 13 yaşlı qızını ərə verir.
 
BAKU.WS xəbər verir ki, hələlik kimliyi açıqlanmayan radikal dindar 6 ildir bu qruplaşmanın üzvüdür. 
 
Qızının talehindən narahat olan ana "Səni axtarıram" proqramına gələrək kömək istəyib:
 
"Uşaqlarımın atası 5 ildir radikal dini qruplaşmaya qoşulub. Onların inancına görə, qız uşağını 13 yaşında ərə vermək olar. Mənə deyir ki, qızımızı 13 yaşı var, artıq ərə verməliyəm. Özünün qruplaşmasından olan birinə, dindara ərə vermək istəyir.
 
Axırıncı 5 aydır bu söhbət gedir. Bu ildən artıq məktəbə getməyə də icazə vermir. Dərslər başlanandan bəlkə də 5 gün dərsə gedib. Məktəb direktoru və müəllimlər də bundan xəbərdardır. Övladımı düşünüb hər şeyi gözə almışam".
 
Adı gizli saxlanılan 13 yaşlı qız anasının sözlərini təsdiqləyib və atasının ona "səni evləndirəcəm" dediyini söyləyib. 
 


Baxış sayı: 547