Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) Müsavat Partiyasının noyabrın 12-də keçirmək istədiyi piketlə bağlı müraciətinə cavab verilib.

RePost.Az xəbər verir ki, BŞİH-də partiyanın müraciətinə müvafiq qaydada baxılıb və piketə icazə verilməyib.

Qeyd edək ki, Müsavat Partiyası noyabrın 12-də BŞİH-nin qarşısına piket təyin edib və bununla bağlı quruma müraciət edib.


Baxış sayı: 2535 | Tarix: 07.11.2019
Bizi Telegramda izləyin: @repostaz