Bloqqer Mehman Hüseynov bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.

RePost.Az  xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

O, Qaraçuxur bələdiyyəsinə namizədliyini irəli sürüb və noyabrın 7-də 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından imza vərəqələrini götürüb.

M.Hüseynov sabahdan imzatoplama kampaniyasına başlayacağını da açıqlayıb.

Qeyd edək ki, 2019-cu il dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.


Baxış sayı: 2972 | Tarix: 07.11.2019
Bizi Telegramda izləyin: @repostaz