Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov, Bakı şəhər BPİ DYPİ rəisinə, paytaxtın və respublikanın rayon DYP şöbə, bölmə rəislərinə, DİN DDYPİ-in YPXA-nın taqım komandirlərinə pərdə və plyonkaya görə, cərimələrin dayandrırılması haqqında telefonoqram göndərib.  

RePost.Az-ın məlumatına görə, əsasən, telefonoqramda qeyd edilir ki, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS 122-2004 “Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər” dövlət standartlarına əsasən, nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmamamsı müəyyənləşdirilmiş, həmçinin Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.

Qeyd olunan standratlarla bağlı qanunvericiliyə edilən əlavə və dəyişikliklərin edilməsi məsələsinin aidiyyatı orqanlarda baxılma ərəfəsində olmasını nzəərə alaraq arxa və arxa yan şüşələrdə plyonka və jalüzlərdən istifadə edilməsinə görə əlavə məlumat verilənədək sürücülər barəsində inzibati tənbeh tədbiri görülməsin.


Baxış sayı: 5101