“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) sərnişinlərə müraciət edib.

Qurumun mətbuat xidmətindən RePost.Az-a verilən məlumata görə, noyabrın 19-da səhər saatlarından 16:30-dək Bakı-Sabunçu, Sabunçu -Bakı istiqamətində elektrik qatarlarının hərəkəti texniki səbəblərə görə dayandırılacaq.

“Sərnişinlərdən alternativ ictimai nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur” deyə, məlumatda qeyd olunub.


Baxış sayı: 1965 | Tarix: 18.11.2019
Bizi Telegramda izləyin: @repostaz