Bakıda daha bir tələbə zəhərlənmə nəticəsində vəfat edib.
 
RePost.Az Publika.az-a istinadla xəbər verir ki, İqtisad Universitetinin 4-cü kurs tələbəsi Məhyəddinov Ramil Adil oğlu Sabunçu rayonu ərazisində yaşadığı mənzildə dəm qazından zəhərlənib.
 
Təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.
 

Baxış sayı: 997