“Azərbaycan Hava Yolları” QSC (AZAL) hər il olduğu kimi bu il də Bakıdan Çinin paytaxtı Pekinə həyata keçirdiyi uçuşları müvəqqəti dayandıracaq.
 
RePost.Az xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.
 
Məlumata görə, fasiləyə səbəb Çində qeyd olunacaq bayramlarla əlaqədar aviareyslərə tələbatın aşağı düşməsidir.
 
Odur ki, martın 8-nə qədər Bakı-Pekin-Bakı marşrutu üzrə uçuşlar həyata keçirilməyəcək.

Baxış sayı: 2193 | Tarix: 27.01.2020
Bizi Telegramda izləyin: @repostaz