Çində yeni növ koronavirus (Covid-19) epidemiyasında ölənlərin sayı 2790-a çatıb. 
 
Euronews xəbər verir ki, bu barədə Çin Milli Səhiyyə Komissiyasının verdiyi yazılı açıqlamada qeyd olunub.
 
Son 24 saatda 44 nəfər ölüb, 327 nəfər isə yeni Kovid-19 virusuna yoluxub. 
 
Ötən gün ərzində ölən 44 nəfərin 41-i Covid-19-un episentri olan Hubey vilayətində yaşayanlardır. Bu çərçivədə ölənlərin ümumi sayı 2790-a yüksəlib.
 
Virusa yoluxanların sayı isə 78 824-ə çatıb. 

Baxış sayı: 3770 | Tarix: 28.02.2020
Bizi Telegramda izləyin: @repostaz