Azərbaycan Mərkəzi Bankı banklara 50 və 100 manat dəyərində əsginasların verilməsi üzrə tariflərin artırılması barədə qərar qəbul edib.
 
İstiPress xəbər verir ki, bunu ölkədə bank sektoruna yaxın mənbə məlumat verib. Məlumata görə, müvafiq qərarın olduğu məktub bütün banklara göndərilib.
 
Məlumatda deyilir: “Mərkəzi Bank banklara 50 və 100 manat dəyərində əsginasların verilməsi tariflərini 0,05 faizdən 0,1 faizədək artırıb. Bu qərar 2017-ci ilin fevral ayından qüvvəyə minəcək. Eyni zamanda gün ərzində bütün əsginaslara ikinci və daha sonrakı nağd pul verilişinin tarifləri 0,05 faizdən 0,1 faizədək artırılıb”.
 
RePost.Az

Baxış sayı: 2649 | Tarix: 24.01.2017
Bizi Telegramda izləyin: @repostaz