Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə aşıq məktubla müraciət edib. Müraciətdə İran İslam Respublikasının Ermənistana siyasi və iqtisdi dəstəyi pislənilir, Güney azərbaycanlıların Azərbaycan Respublikasının yanında olduqları bəyan edilir. 
 
RePost.Az-a daxil olan müraciəti təqdim edirik:
 
Cənab Prezident!
 
Azərbaycan dövlətinin siyasi iradəsinə təsir məqsədilə Ermənistanla birlikdə Azərbaycanda əsassız etnik və dini-siyasi separatizm meyllərinin formalaşmasına dəfələrlə cəhdi etmiş, həmçinin,
Məlumunuzdur ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra bir çox ölkələr kimi İran da Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü rəsmi olaraq tanımışdır. Azərbaycan dövlət olaraq öz
xarici siyasətini, işğalçı Ermənistan istisna olmaqla, bütün qonşu ölkələrlərlə, o cümlədən İranla yaxın qonşuluq və əməkdaşlıq çərçivəsində quraraq ona sadiq qalmışdır.
Azərbaycanın İranla apardığı şəffaf siyasət təəssüf ki, İran tərəfindən eyni şəkildə qarşılanmamaqdadır.
 
Belə ki, İran Azərbaycan ərazilərini işğal altında saxlayan separatçı Ermənistana hərtərəfli yardım göstərmişdir. İran Ermənistana iqtisadi dəstək vermək məqsədilə onlara Güney Azərbaycan ərazilərində də iqtisadi
imkanlarının artırılması üçün şəraitin yaradımlasına cəhd etmişdir. Lakin, bir çox hallarda Güney Azərbaycanda yaşayan azərbaycanlıların kəskin etirazından sonra onlar bu planları dayandırmaq
məcburiyyətində qalmışlar.
 
1997-ci ildə İrana səfər edən Azərbaycan prezidenti Heydər Əliyev İranın dini rəhbəri ilə görüşərkən Ermənistana bəzi dövlətlərin, o cümlədən İranın siyasi və iqtisadi dəstək verməsindən təəssüfləndiyini
bildirmişdi. Azərbaycan dəfələrlə Ermənistanın işğalçı siyasətinə qarşı İranın konstruktiv mövqedən çıxış etməsini tələb etsə də, bu günə kimi bütün diplomatik cəhdlər və xəbərdarlıqlar İran tərəfindən etinasızlıqla
qarşılanıb və İran israrla Ermənistanın Azərbaycana qarşı olan bu təcavüzkar siyasətinin davam etdirməsini
dəstəkləməkdədir.
 
Azərbaycanın işğal altında olan ərazilərində Araz çayı üzərində qanunsuz olaraq körpülərin, SES-larının tikintisi, suvarma kanallarının salınması, Dağlıq Qarabağda separatçı qüvvələrin ərzaq və yanacaqla təmin olunması, işgal olunmuş ərazilərdən narkotik qaçaqmalçılığı üçün tranzit kimi istifadə olunması danılmaz faktlardır.
 
Cənab Prezident!
 
İranın, işğal olunmuş Azərbaycan ərazilərində separatçı erməni qüvvələrini dövlət səviyyəsində dəstəkləməsi Güney Azərbaycanda yaşayan azərbaycan türklərini narahat edən və dərindən sarsıdan ümummilli bir məsələdir. Belə olan təqdirdə Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) olaraq Sizdən, Azərbaycan dövlətinin İrana yönəlik strategiyasının formalaşmasında 50 milyonluq azərbaycan türkünün əksəriyyətini təşkil edən, Güney Azərbaycanda yaşayan azərbaycan türklərinin böyük potensialını və bu potensialın hər bir şəraitdə Azərbaycan dövlətinin yanında olmasının unudulmamasını xahiş edirik.
 
Biz, bu yanaşmanı Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və işğal olunmuş ərazilərimizin geri qayratılması prosesində, həmçinin ümummilli maraqlarımızın təmin olunmasında zəruri tarixi addım kimi dəyərləndiririk.
 
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi 

Baxış sayı: 3200 | Tarix: 20.05.2020
Bizi Telegramda izləyin: @repostaz