“Kubadan Azərbaycana həkim heyətinin gəlməsi nəzərdə tutulur.
 
RePost.Az xəbər verir ki, bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
 
O qeyd edib ki, Kuba dünya miqyasında zəngin tibbi təcrübəyə malikdir. Həmçinin epidemiya və pandemiyaya, xüsusən Ebolaya qarşı mübarizədə çox zəngin təcrübəsi var:
 
“Kuba ilə Azərbaycan arasında dostluq münasibətləri var və ölkələrimiz arasında imzalanmış müvafiq sənədə uyğun olaraq Kubanın mütəxəssisləri də Azərbaycana gələcəklər”.
 

Baxış sayı: 2193 | Tarix: 10.07.2020
Bizi Telegramda izləyin: @repostaz