“Sovetski”də baş verən yanğının qarşısı alınıb.
 
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Yasamal rayonu, Həzi Aslanov küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.  
 
***
 
Bakının Yasamal rayonunda "Sovetski" adlanan ərazisində üçmərtəbəli yaşayış binasında yanğının söndürülməsi zamanı binadan üç nəfər xilas olunub.
 
RePost.Az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
 
****
 
Bakıda yaşayış binasında baş verən yanğında bir nəfər ölüb.
 
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, ölən şəxs yanğın baş verən mənzillərdən birinin sakini, 1969-cu il təvəllüdlü Liliya Mixaylovna Xazibovadır.
 
Qeyd edək ki, yanğın zamanı tüstüdən zəhərlənən başqa bir qadına - 1935-ci il təvəllüdlü Raisa Abutalıbovaya təcilli tibbi yardım briqadasının həkimləri tibbi yardım göstəriblər. Qadının vəziyyəti sabitləşib.
 
 ****
 
Bakının "Sovetski" kimi tanınan ərazisində yanğın başlayıb.
 
RePost.Az xəbər verir ki, hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oktay Bayramov Milli.Az-a bildirib ki, hadisə "Sovetski"də, Şahmat məktəbinin yaxınlığında qeydə alınıb, 3 mərtəbəli yaşayış binasında baş verib.
 
Hadisə zamanı binanın taxta konstruksiyaları yanıb. Hadisə yerinə 10 yanğınsöndürən briqada cəlb edilib. Yanğının yaxınlıqdakı binalara keçməsinin qarşısı alınıb.
 
RePost.Az


Baxış sayı: 2535 | Tarix: 27.01.2017
Bizi Telegramda izləyin: @repostaz