İyulun 30-da saat 15 radələrində 1999-ci il təvəllüdlü Əli Rəcəbzadənin bıçaq xəsarəti alması barədə Səbail Rayon prokurorluğuna məlumat daxil olub.
 
RePost.Az xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.
 
Araşdırmalarla 1988-ci il təvəllüdlü Hikmət Fərəcovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Əli Rəcəbzadəyə Səbail rayonu ərazisində yaşadığı evdə bıçaq zərbəsi vurub onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
 
Hikmət Fərəcov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
 
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Baxış sayı: 2250 | Tarix: 31.07.2020
Bizi Telegramda izləyin: @repostaz