Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilir.
 
RePost.Az-ın məlumatına görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat vətəndaşlardan daxil olan şikayətlər əsasında aparılır.
 
Saxlanılanların olduğu bildirilir.
 
Baş Prokurorluq Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi faktını təsdiqləyib.
 
Baş Prokurorluğun Mətbuat RePost.Az-a bildirlib ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi faktı ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Baxış sayı: 2193 | Tarix: 19.08.2020
Bizi Telegramda izləyin: @repostaz