Azərbaycanda anasını təhqir edən polis əməkdaşı işdən çıxarılıb. 
 
Bu barədə RePost.Az -a Daxili İşlər Nazirliyindən məlumat verilib.
 
Məlumata əsasən, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (DYPİ) operatoru Kamran Abbasov ailə münaqişəsi zəminində valideynlərinə qarşı yol verdiyi kobud davranışa, işlətdiyi nalayiq ifadələrə, bununla da “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi” ilə müəyyən olunmuş qaydaların tələblərini pozduğuna görə daxili işlər orqanlarında xidmətdən xaric edilib.


Baxış sayı: 2231 | Tarix: 01.09.2020
Bizi Telegramda izləyin: @repostaz