Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayaraq keçirdiyi uğurlu əks-hücum əməliyyatları nəticəsində işğaldan yeni azad edilən ərazilərimizin görüntüləri yayılıb.
 
RePost.Az xəbər verir ki, görüntülərdə Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən düşmən ordusuna məxsus silah-sursatın ələ keçirilməsi əks olunub. Kadrlardan görünür ki, düşmən xeyli sayda texnikasını və silah-sursatını döyüş mevqələrində tərk edərək qaçıb.
 
Hazırda Azərbaycan Ordusu işğal altındakı digər ərazilərin azad edilməsi istiqamətində əməliyyatları davam etdirir.
 
Xatırladaq ki, Ağdərə istiqamətində qoşunlarımız Madagiz ətrafındakı hakim yüksəklikləri azad edib və bu məntəqəni nəzarətdə saxlayır. Cəbrayıl-Füzuli istiqamətində qoşunlarımız düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib və irəliləməyə nail olub. Murov dağı istiqamətində də əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.
 
Döyüşlərdə əldə etdiyimiz uğurlar və müxtəlif istiqamətlərdə hakim mövqelərin azad olunması Azərbaycan Ordusunun şəxsi heyətinin yüksək döyüş ruhunu və qələbə əzmini daha da artırır.


Baxış sayı: 2326 | Tarix: 02.10.2020
Bizi Telegramda izləyin: @repostaz