Pirşağının Qızılqum qəsəbəsində məcburi kökünlərlə Azərişıq Səhmdar Cəmiyyətinin əməkdaşları arasında dava düşüb.
 
RePost.Az-ın məlumatına görə,  bu barədə psixoloq Ramil Nəcəfli rəsmi Facebook səhifəsində bildirib. O qeyd edib ki, 100-ə yaxın Azərişıq əməkdaşı ilə Qızılqum və Gilavar sanatoriyalarında məskunlaşan qaçqınlar arasında dava düşüb.
 
Davaya səbəb idarə əməkdaşlarının binalara sayğac quraşdırıldığına görə elektrik enerjisinin kəsmək istəməsi olub.
 
"Burada dəhşət dava qırğındı. Azərişığın 100-ə yaxın əməkdaşı bu qarda, boranda gəlib işığa sayğac qoymağa. Məntiqlə fikirləşsək əgər sayğac qoyulmağa başlansa işıqlar müvəqqəti olaraq kəsilməlidir. İşıqlar da kəsilsə buradakı əhali bu soyuqda, qarda, şaxtada qalıb donacaq. Çünki bu binalarda yeganə istilik vasitəsi yalınız işıqdır. Bu dövlət qurumundan gələn işçilər işığa sayğac quraşdırmaq üçün bir neçə günlüyünə işığı kəsəcəklər. Əhali həm bu səbəbdən həm də binaların qəzalı olduğuna görə, sayğac quraşdırılmasına kəskin etiraz edirlər. Rəhbər işçilərdən heç kim gəlməyib. Gələn səlahiyyətsiz, icraçı işıq idarəsi əməkdaşları ilə qaçqınlar arasında mübahisə və etiraz zəminində dava gedir. Burada yaşayanlar demək olar ki, üsyan edir. Hamı bu addımı pisləyir. İdarə işçilərinə qarşı aksiya keçirməkdədirlər".
 
Elektrik mühəndisi Qoçu Əliyev isə RePost.Az-a bildirib ki, sayğac quraşdırmaq cəmi bir neçə dəqiqə vaxt aparır. Burada işğın günlərlə  kəsilməsuindən söhbət gedə builməz. Mühəndis əlavə edib ki, ümumiyyətlə sayğac quraşdırılanda elektrik xəttində cəryan kəsilmir.
 
RePost.Az

Baxış sayı: 3029 | Tarix: 01.02.2017
Bizi Telegramda izləyin: @repostaz