Türkiyənin Qars vilayətində Azərbaycanın Baş Konsulluğun binasının qarşısında ağır yol-nəqliyyat hadisəsi baş verib.

RePost.Az xəbər verir ki, Konsulluğun binasının yerləşdiyi Ordu küçəsində hərəkətdə olan avtomobil yolun kənarında park edilmiş təcili tibbi yardım maşınına çırpılıb.

Daha sonra maşın digər 4 avtomobilə çırpılıb. Qəzaya səbəb qarın yağması nəticəsində yolların sürüşkən olması göstərilir.

Baş vermiş avtoqəza nəticəsində 3 nəfər yaralanıb, yolda uzun tıxac yaranıb.

RePost.Az


Baxış sayı: 3390 | Tarix: 02.12.2016
Bizi Telegramda izləyin: @repostaz