Ermənistan silahlı qüvvələrinin “S-125” zenit-raket kompleksi sıradan çıxarılıb. 
	 
	Bu barədə RePost.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.
	 
	Həmçinin cəbhənin Ağdərə-Ağdam istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin mövqelərini atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib.
	 
	Məlumata əsasən, Azərbaycan Ordusunun bölmələri düşmənin hərbi texnikalarını məhv etməyə davam edir.