Gürcüstanın Zuqdidi şəhərində silahlı şəxs bank işçilərini və müştəriləri girov götürüb.
 
 RePost.Az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
 
Məlumata görə, ərazi mühasirəyə alınıb və xüsusi təyinatlılar insident yerinə cəlb edilib. 19 nəfəri girov götürdüyü bildirilən şəxsin yarım milyon dollar və helikopter tələb etdiyi bildirilir.
 
Qarətçi tələblərini girov götürülən şəxslərdən birinin mobil telefonu ilə əlaqə saxlayaraq “Mtavari Arxi” telekanalının efirində səsləndirib.
 
Silahlı şəxsin üzərində avtomat, tapança və qumbara olduğu bildirilir.
 
Xatırladaq ki, adıçəkilən bölgədə etnik ermənilər də yaşayır. Terrorçunun erməni olduğu ehtimal edilir.

Baxış sayı: 3200 | Tarix: 21.10.2020
Bizi Telegramda izləyin: @repostaz