Bərdə şəhərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus “Smerç” yaylım atəşli reaktiv sisteminin atəş mövqeyi bölmələrimiz tərəfindən aşkar edilib.
 
Müdafiə Nazirliyindən (MN) RePost.Az-a verilən məlumata görə, oktyabrın 29-u saat 15.18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin “Smerç” yaylım atəşli reaktiv sistemi məhv edilib.
 
Həmin anın videogörüntüsünü təqdim edirik.
 


Baxış sayı: 2820 | Tarix: 30.10.2020
Bizi Telegramda izləyin: @repostaz