Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 6-ya, yaralıların sayı 202-ə çatıb.
 
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
 
***
 
Türkiyədə Egey və Mərmərə dənizlərində 6,6 maqnitudalı zəlzələ olub.
 
RePost.Az-ın məlumatına görə, zəlzələnin mərkəzi İzmirin Seferhisar sahilində yerli vaxtla 14.51-də qeydə alınıb.
 
Zəlzələnin mərkəzi yerin 16 kilometr dərinliyində olub.
 
Dağıntı və itkilər haqqında hələlik məlumat yoxdur, afterşokların davam etdiyi bildirilir.
 
Qeyd edək ki, bu gün Bingöl vilayətində də yerli vaxtla saat 11.48-də 4,1 bal gücündə zəlzələ də baş verib. Zəlzələ İstanbul və ətraf şəhərlərdə də hiss olunub.


Baxış sayı: 2934 | Tarix: 30.10.2020
Bizi Telegramda izləyin: @repostaz