İzmirdə zəlzələ nəticəsində həyatını itirənlərin sayı 113 nəfərə çatıb.
 
RePost.Az-ın xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat verilib.
 
Bildirilib ki, bu təbii fəlakətlə əlaqədar xəsarət alanların sayı 1035 nəfərə çatıb, onlardan 137-i xəstəxana şəraitində müalicə olunur, 898-i evə buraxılıb.

Baxış sayı: 3086 | Tarix: 04.11.2020
Bizi Telegramda izləyin: @repostaz