Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.
 
Baş Prokurorluğun mətbuat xidmətindən RePost.Az-a verilən məlumata görə, 07.11.2020-ci il tarixdə düşmən tərəfin silahlı birləşmələri tərəfindən Bərdə rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.
 
Bu gün saat 16 radələrində Bərdə rayonu, Yeni Əyricə kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 2004-cü il təvəllüdlü Rəhimov Şahmalı Ətraf oğlu həlak olub, yaşayış evinə isə ciddi ziyan dəyib.
 
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud  şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Baxış sayı: 2801 | Tarix: 07.11.2020
Bizi Telegramda izləyin: @repostaz