Dekabrın 2-də ölkə üzrə yaşayış yerini tərk edən 27 nəfər saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən RePost.Az-a verilən məlumata görə, koronavirusa yoluxan şəxslər məsuliyyətli davranmalı və ətrafdakı insanları nəzərə almalı, digər şəxslərin həyat və sağlamlığına həssas yanaşmalıdır. "Ötən gün tərəfimizdən 27 nəfər müəyyən olunub. Onlardan 25 nəfəri evə qaytarılıb, 20 nəfər barəsində cinayət işi başlayıb. 2 nəfər ağır xəstə isə həyatını itirib. Pandemiya dövründə aktiv koronavirus xəstələri sosial təcrid, özünü təcrid tədbirlərinə ciddi əməl etməlidir", - məlumatda bildirilib.

Baxış sayı: 2630 | Tarix: 03.12.2020
Bizi Telegramda izləyin: @repostaz