Paytaxt ərazisində restoranların birində toy etmək istəyən şəxslər saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən RePost.Az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsi (PB) əməkdaşları rayon ərazisində “Xonça” restoranında təşkil edilən toy mərasiminin keçirilməsinin qarşısını alıb.
 
Mərasimin zalının icarədarı, paytaxt sakini Rahib Həsənli, toyun təşkilatçısı Suraxanı rayon sakini Baba Babayev və toy zamanı orada olan 60-a yaxın şəxs saxlanılaraq 31-ci PB-yə gətirilib.
 
Araşdırma zamanı B.Babayevin karantin qaydalarını pozaraq oğluna toy təşkil etmək istədiyi məlum olub.
 
Hazırda karantini pozan həmin şəxslərin barəsində qanunauyğun olaraq tədbir görülür.
 
Araşdırmalar aparılır.


Baxış sayı: 2839 | Tarix: 09.12.2020
Bizi Telegramda izləyin: @repostaz