Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi İnqilab Nəsirov vəfat edib.
 
RePost.Az-ın məlumatına görə, İ. Nəsirov bir müddət əvvəl koronavirusa (COVID-19) yoluxub. O, bu gün səhər saatlarında müalicə aldığı xəstəxanada vəfat edib.
 
Ali Məhkəmədən APA-ya faktı təsdiqləyiblər.
 
Qeyd edək ki, İnqilab Nəsirov 2011-ci ilin yanvar ayının 1-dən Ali Məhkəmənin hakimidir.

Baxış sayı: 2915 | Tarix: 06.01.2021
Bizi Telegramda izləyin: @repostaz