Vətən müharibəsi qazisi Vüsal Musayev müalicə aldığı hərbi hospitalda intihar edib.
 
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsində 2020-ci ilin dekabrın 7-dən psixoz diaqnozu ilə müalicə alan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Musayev bu gün intihar edib.
 
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
 
II Qarabağ Müharibəsinin iştirakçısı qazi  Vüsal Musayev gərgin döyüşlər nəticəsində kəllə-beyin travması almışdı. Şəhidimizin 2 azyaşlı körpəsi var.

Baxış sayı: 3314 | Tarix: 07.01.2021
Bizi Telegramda izləyin: @repostaz