Tovuz rayonunda poçt binasında yanğın baş verib.
 
RePost.Az 7news.az-a istinadən bildirir ki, hazırda hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Tovuz Rayon Şöbəsinin 2 yanğın söndürən maşını və canlı qüvvəsi cəlb edilib.
 
İlkin məlumata görə, yanğın mühasibatlıq otağında yaranıb və hadisə kondisionerdən olub.


Baxış sayı: 2706 | Tarix: 03.02.2021
Bizi Telegramda izləyin: @repostaz