Məntiq və sevgi üzərində qurulan evliliyə üstünlük verən bürclər
 
Bürclər insanın bir çox xasiyyətindən xəbər verə bilər. Bürclərə görə qidalanma, geyim tərzi, hətta evlilik yaşı belə fərqli olur. Bəs hansı bürc altında doğulan şəxsin necə yaşında ailə qurması doğrudur? RePost.Az bürclər haqqında maraqlı faktı təqdim edir. 
 
Qoç
Bu bürc altında doğulanlar haqqında ideal evlilik insanı demək doğru olmazdı. Sərbəstliyi, əyləncəni sevən, özünün təyin etdiyi hüdudlarının pozulmasından xoşlanmayan çox ehtiraslı bir aşiq ola bilər. Amma buna baxmayaraq sərbəstliyindən keçmir. Onu əldə saxlamaq çox çətin olsa da, yaxşı dosta mevrilə bilir. Bu insanlar üçün müəyyən bir yaş məhdudiyyəti yoxdur, yalnız özünü hazır hiss etdiyi bir zamanda qurulan ailə xoşbəxxt edə bilər. 
 
Buğa 
Evlilik qərarını ən çətin verən bürclərdəndir. Bunun səbəbi isə onların gerçəkdən həyatını birləşdirmək istədiyi insanı tapmalarına əmi olmaq istəyidir. Dəbdəbəli, dillərə dastan toyları sevirlər. Uşaq sevgiləri də həddən artıq olan bu bürc altında doğulanlar sevdikləri insanlara həddindən artıq sahib çıxırlar. Məhz uşaq sevgisi onları tez yaşda evlilik xəyalı qurdusa da, xoşbəxt olduqlarına tam əmin olduqdan sonra bu addımı atmalıdır. 
 
Əkizlər
Evlilik üçün ən ideal insanlardır. Öz yarını bulduqları anda evlilik qərarı verə bilər. İdeal ailə qurmaq yaşı 28 və sonrasıdır. 
 
Xərçəng
Bu bürc də ideal evlilik üçün ən yaxşı seçimdir. Dünyada ən çox istədikləri şey xoşbəxt və stabil bir ailədir desək yanılmarıq. Sadiq, etibarlı, ailəsinə hər şeydən çox dəyər verən insanlar bu bürcdə daha çox olur. Romantikliyi sayəsində istənilən qadın və ya kişiləri xoşbəxt edə bilərlər. Ən ideal evlilik yaşı 25-dən sonradır.
 
Şir
Şirlər avtoritetliyi sevirlər. Onları əldə saxlamaq çox çətindir. Sevdikləri insanların daima diqqət mərkəzində olmaqdan böyük zövq alırlar. Dəyər gördüyünü hiss edərlərsə qarşısındakılara da yüksək dəyər verməyə başlayırlar. Əliaçıqdırlar və paylaşmağı sevirlər. İdeal evlilik yaşı isə 28-dən sonrası hesab edilir. 
 
Qız 
Mükəmməlçi insanlardır. Evlilik üçün bütün şərtlər yerinə yetirilməlidir. Yanlıq bundan sonra ailə qurmağa razılaşırlar. Həddindən artıq nizam intizamlıdırlar. Evliliyə, ailəyə meyilli insanlar olsalar da, hər şeyin ən idealını arzuladıqları üçün yaş 30-a qalxa bilər.
 
Tərəzi 
Bu bürc altından doğulanlar üçün evlilik haqqında qərar vermək çox çətindir. Qarşısındakına güvəni tam olmalıdır. Hər hansı bir şübhə onları qərarsızlığa sürükləyə bilir. Əslində əyləncəli və intelektual olan tərəzilər doğru insanı tapdıqlarına əmin olduqları anda qərarı asanlıqla verirlər. İdeal evlilik yaşı isə 25-dən sonradır. 
 
Əqrəb
Ehstiraslı aşiqdirlər. Əgər evliliyə inandıra bilsəniz çox xoşbəxt ailə həyatına addım atmış sayıla bilərsiniz. Hər mövzuda həyat yoldaşını dəstəkləyən, şəfqətli bir yoldaş olurlar. Əsas tələbi isə qarşısındakının onu anlamasıdır. Etibarı sarsılarsa həddindən artıq qısqanc birinə çevrilə bilər. Onlar da daha yaxşı olar ki, evlilik haqqında qərraları 25 yaşdan sonra qəbul etsinlər. 
 
Oxatan 
Dəyişkən, əyləncəni sevən oxatanların hər zaman öncəliyi özləridir. Onlar özləri kimi, həyatını dadını çıxarmağı bilən insanlarla nikaha daxil olmağı arzu edirlər. İdeal yaş 28-dən sonradır. 
 
Oğlaq 
Əgər evlənməyə qərar veribsə bu o dəməkdir ki, qarşısındakı insana çox aşiqdir. Detalları varmağı sevirlər. Bir oğlaqla evlənməyə qərar vermədən qərarınızın düzgün olduğunu dəfələrlə yoxlayın. Bəzən məntiq evliliyini də seçə bilirlər. Ailə qurmaq üçün 28 yaşa kimi gözləməkləri məsləhətdir.
 
Dolça 
Hər işdə ilk olaraq məntiqli qərar verməyə çalışırlar. Amma ailə xoşbəxtliyini heç nəyə dəyişməzlər. Hər sahədə sevdikləri insanları dəstəkləməyə hazırdırlar. Evlilik qərarlarını 25- yaşdan sonraya saxlasalar daha uyğun olar. 
 
Balıq 
Evlilik məsələlərində çox həssasdırlar. Sürprizi sevən, romantik, düşüncəli və şəfqətli balıqlardan ideal valideyn ola bilər. Onlar üçün ən önəmli amil sakit və xoşbəxt ailədir. Bunun üçün isə evliliyi 25 yaşdan sonraya saxlasalar yaxşı olar. 
 
RePost.AZ
 

Baxış sayı: 3029 | Tarix: 05.12.2016
Bizi Telegramda izləyin: @repostaz