AVRO-2020 Bakıdan alına bilər.
 
Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Almaniyanın “Sportschau” nəşri yayıb.
 
Bildirilib ki, qitə birinciliyinin ev sahibliyi 12 şəhərə verilməsinə baxmayaraq, koronavirus pandemiyasının kəskin yayılması səbəbindən 5-i proqramdan çıxarıla bilər. Həmin şəhərlər Bakı, Bilbao, Dublin, Qlazqo və Münhendir. UEFA yekun qərarını azarkeşlərlə bağlı təşkilatçılardan təminat aldıqdan sonra aprelin əvvəllərində verəcək.
 
Qeyd edək ki, 11 iyun – 11 iyul tarixlərində baş tutacaq AVRO-2020-nin 4 matçı Bakıya verilib. Proqrama əsasən, qrup mərhələsinin 3, 1/4 finalın isə bir oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir.

Baxış sayı: 3580 | Tarix: 02.04.2021
Bizi Telegramda izləyin: @repostaz