Xəzər rayonunda yeniyetmə qız eyni zamanda üç nəfər ilə intim əlaqədə olub. RePost.Az  xəbər verir ki, bu barədə “Sputnik”ə Xəzər Rayon Polis İdarəsindən bildiriblər. 
 
Məlumata görə, çərşənbə günü 1 saylı rayon polis bölməsinə Qala qəsəbəsinin 39 yaşlı sakini L.B. zəng edib. O bildirib ki, 17, 18 və 22 yaşlarında olan gənclər mütamadi olaraq onun 14 yaşında qızı ilə cinsi əlaqədə olublar.  
 
Zərərçəkən tərəfin sözlərinə görə, ilk dəfə cinayətkarlar onun qızını bu işə 2016-cı ildə sövq ediblər. O hadisədən sonra onlar dəfələrlə yeniyetmə ilə cinsi əlaqədə olublar. Gənclər qıza əgər baş verənləri kiməsə danışarsa, onu öldürəcəkləri ilə hədələyiblər. Ana olanlar barədə qızı telefonla danışarkən xəbər tutub. Cinayətkarlar qızı növbəti dəfə görüşə çağırıblar. 
 
Şübhəli bilinənlərin adları açıqlanmayıb, belə ki, onların günahı sübut edilməyib. İş üzrə materiallar Xəzər Rayon Prokurorluğuna göndərilib. Hələ ki, fakt üzrə heç kim saxlanılmayıb. 
 
 RePost.Az

Baxış sayı: 3580 | Tarix: 15.02.2017
Bizi Telegramda izləyin: @repostaz