Bu gün axşam saatlarında Bakıda zəncirvari yol qəzası baş verib.
 
RePost.Az xəbər verir ki, bu barədə Facebook sosial şəbəkəsində Rəşad Quliyev adlı istifadəçi məlumat yayıb.
 
Məlumata əsasən, Ziya Bünyadov prospektində doqquz avtomobil toqquşub. Bildirilir ki, "KamAz” markalı yük avtomobili əylənc sisteminin işləmədiyinə görə, bir neçə nəqliyyat vasitəsinə çırpılıb.
 
Qəza nəticəsində nəqliyyat vasitələrinin hərəkətində tıxac yaranıb.
 
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib, qəzanın səbəbləri araşdırılır.
 
RePost.Az
 
 Mənbə: Oxu.Az

Baxış sayı: 4169 | Tarix: 15.02.2017
Bizi Telegramda izləyin: @repostaz