DTX Şəmkir Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.
 
RePost.Az-ın məlumatına görə, əməliyyat zamanı icra hakimiyyətinin bir neçə nümayəndəsi saxlanılıb.
 
Saxlanılanlar arasında Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun, icra başçısının birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyevin, baş memar İlqar Quliyevin, şəhər icra nümayəndəsi Pərviz İbrahimovun da olduğu bildirilir.
 
Ətraflı məlumat veriləcək.

Baxış sayı: 3295 | Tarix: 26.04.2021
Bizi Telegramda izləyin: @repostaz