Bakı-Qazax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
 
Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev RePost.Az-a bildirib ki, hadisə yolun 60-cı km-də qeydə alınıb.
 
Belə ki, müğənni Aslan Hüseynova məxsus BMW markalı avtomobil qəzaya düşüb. Nəticədə avtomobili idarə edən Aslan Hüseynov vəfat edib.
 
Qeyd edək ki, ifaçı dünən anasının 7 mərasimində olub. Aprelin 26-da müğənni Aslan Hüseynovun anası vəfat etmişdi.

Baxış sayı: 2991 | Tarix: 04.05.2021
Bizi Telegramda izləyin: @repostaz