Bloger Mehman Hüseynovun yayımladığı videoda özünü polis kimi təqdim edərək insanlara hədə-qorxu gəldiyi bildirilən şəxslə bağlı araşdırmalar aparılıb.
 
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev RePost.Az-a bildirib ki, aparılan araşdırmalar nəticəsində həmin şəxsin paytaxt sakini, 42 yaşlı Elxan Tağıyev olduğu müəyyən edilib.
 
O, Nərimanov Rayon Polis İdarəsinə dəvət olunaraq onunla profilaktik söhbət aparılaraq sərbəst buraxılıb: "Həmin şəxs polis əməkdaşı deyil, ümumiyyətlə, əvvəllər də polis orqanlarında xidmət etməyib. Elxan Tağıyev mübahisə zamanı işlətdiyi kobud ifadələrə görə peşman olduğunu bildirməklə üzrxahlıq edib".

Baxış sayı: 2801 | Tarix: 06.05.2021
Bizi Telegramda izləyin: @repostaz